Peskov: "Biz Ukrayna ilə danışıqlar üçün heç bir perspektiv görmürük"

DÜNYA
16:26 / 07.07.2023
963

Rusiya və Ukrayna arasında hələlik danışıqlar perspektivi yoxdur. 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda o, Moskvanın belə bir fürsətə “qapını bağlamadığını” vurğulayıb. Peskov Rusiya və Ukraynanın bu ilin payızında danışıqlara başlaya biləcəyini bildirən Belarus prezidenti Aleksandr Lukaşenkonun fərziyyəsini belə şərh edib.

“Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə biz Rusiya tərəfinin heç vaxt danışıqlar prosesinə qapını bağlamaması barədə danışmışıq. Amma hələ ki, biz bu danışıqlar prosesi üçün heç bir perspektiv görmürük”, deyə Peskov bildirib.

Samir

0