Sudan tam vətəndaş müharibəsi astanasındadır - BMT

09:53 / 10.07.2023
465

BMT-nin baş katibi Antonio Quterreş Sudanda Omdurman şəhərinə edilən və azı 22 nəfərin ölümünə səbəb olan hücumu pisləyib və ölkənin "tammiqyaslı vətəndaş müharibəsi astanasında olduğunu" bildirib.

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

BMT sözçüsünün müavini Farhan Haq bildirib ki, təşkilat rəhbəri ölkənin silahlı qüvvələri arasında müharibənin onu "bütün regionu potensial olaraq sabitliyi pozacaq genişmiqyaslı vətəndaş müharibəsi astanasına" qoymasından "dərin narahatdır".

“Humanitar qanunlara və insan haqlarına tam etinasızlıq var ki, bu da təhlükəli və narahatedicidir”, deyə Haq əlavə edib.

O, həmçinin qeyd edib ki, bazar günü Şimali Kordofan, Cənubi Kordofan və Mavi Nil əyalətləri də daxil olmaqla, Sudanın başqa yerlərində hərbçilər ilə Çevik Hücum Qüvvələri arasında toqquşmalar olub.

Agentliyin daha əvvəl xəbər verdiyi kimi, şənbə günü Sudanın Omdurman şəhərinə endirilən hava zərbəsi nəticəsində azı 22 nəfər həlak olub.

Sudan ordusu ilə Çevik Hücum Qüvvələri arasında döyüşlər aprelin ortalarında ölkənin hərbi rəhbərliyi daxilində hakimiyyət uğrunda mübarizəyə görə başlayıb.

Hərbi toqquşmalar nəticəsində, BMT-nin ilkin məlumatlarına görə, təxminən 2,2 milyon insan evlərini, yarım milyondan çox insan isə ölkəni tərk etməli olub.

Samir

0