Bayden əraziləri verməklə Ukrayna münaqişəsini beş dəqiqəyə bitirə bilər - Zelenski

DÜNYA
10:30 / 10.07.2023
775

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenin Ukrayna ərazisini verməklə beş dəqiqə ərzində münaqişəyə son verə biləcəyini deyib, lakin Kiyev bununla razılaşmır.

HİT.azz xəbər verir ki, prezident bu barədə "ABC News"a danışıb.

“Əgər biz müharibəni Ukraynanın ərazi bütövlüyü bahasına başa vurmaqdan, başqa sözlə, bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, məncə, bu yolla Bayden bunu hətta beş dəqiqəyə də bitirə bilərdi. Amma biz razı olmazdıq”, deyə dövlət başçısı bildirib.

O, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın döyüşləri 24 saat ərzində dayandıracağı ilə bağlı vədini şərh edib. Zelenski bir daha qeyd edib ki, Tramp vəzifədə olarkən artıq bu şansa malik olub.

"Müharibənin sona çatması üçün yeganə arzu gözəldir. Amma bu arzu hansısa real həyat təcrübəsinə əsaslanmalıdır. Donald Tramp öz vaxtında bu 24 saatı artıq bir dəfə keçirib. Biz müharibədə idik, genişmiqyaslı müharibə deyil, amma biz müharibədə idik və güman etdiyim kimi, onun sərəncamında bu vaxt var idi, lakin onun başqa prioritetləri olmalı idi”, deyə Ukrayna lideri qeyd edib.

Samir

0