Afrika liderləri Putini "sülh arzusunu" göstərməyə çağırıb - Seneqal prezidenti

DÜNYA
15:52 / 10.07.2023
384

Seneqal prezidenti Maki Solla deyib ki, Afrika liderləri Rusiya prezidenti Vladimir Putini bu ay keçiriləcək Rusiya-Afrika sammitindən əvvəl “sülh yolu ilə irəliləmək istəyini nümayiş etdirməyə” çağırıblar.

HİT.az xəbər verir ki, bunu Solla “Financial Times”a müsahibəsində deyib.

"Növbəti Rusiya-Afrika sammitindən əvvəl Putin sülhlə, hətta humanitar baxımdan da irəliləmək istəyini nümayiş etdirmək üçün bəzi tədbirlər görməlidir", deyə prezident bildirib.

Müvafiq tələb iyun ayında altı Afrika ölkəsinin liderlərinin Kiyev və Moskvaya sülhməramlı missiyası zamanı Putinə çatdırılıb. Solla ilə birlikdə Cənubi Afrikadan, Zambiyadan olan həmkarları, həmçinin Uqanda, Misir, Konqo Respublikası və Afrika İttifaqının nümayəndələri səfərə qatılıblar.

Seneqal lideri deyib ki, Sankt-Peterburqda keçiriləcək sammitin rolu Afrika liderlərinin Rusiya və Ukrayna arasında aparmağa çalışdıqları danışıqlarda necə irəliləyiş əldə oluna biləcəyini görmək olacaq.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində ərzaq və enerji qiymətlərinin artması nəticəsində yaranan inflyasiya kəskin şəkildə yüksələn Afrika ölkələri ciddi zərbə alıb. Məqalədə deyilir ki, həmçinin, Afrika qitəsinin dövlətləri Ukrayna və Rusiya Federasiyasından ən çox taxıl və gübrə idxal edən ölkələr sırasındadır.

“Biz bu müharibənin nəticələri ilə üzləşirik. Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı ilə bağlı böyük problemlərimiz var. Buna görə də biz hər iki tərəflə danışırıq”, deyə Solla əlavə edib.

Seneqal prezidenti bildirib ki, o, sülh danışıqlarına başlamazdan əvvəl Rusiyadan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağı tələb edən Ukraynanın mövqeyini “başa düşür”.

Samir

0