Rusiyanın nüfuzlu “qanuni oğru”larından olan Jenya Antipov (Jenya Antip) dünyasını dəyişib.
Hit.az xəbər verir ki, 52 yaşlı “qanuni oğru” Novosibirsk vilayətində yerləşən həbsxanada ürək çatışmazlığından ölüb.
Jenya Antipov soyğunçuluq və başqa ağır cinayətlərə görə 20 ildən artıq idi ki, həbsdə idi. O bir neçə il əvvəl “qanuni oğru” titulu alıb.
Jenya Antipovun taclandırılması “Skype” vasitəsi ilə həyata keçirilib. Bu, “oğru dünyası”ndan presedentə çevrilib. Antipovdan sonra taclandırma, yaxud tituldan məhrumetmə qarşı tərəflə canlı görüş mümkün deyilsə, “Skype” vasitəsilə həyata keçirilib.
Jenya Antipov xaraktercə dalaşqan və üsyankar şəxs kimi xarakterizə edilirdi. O, Novosibirsk vilayətində sonuncu “qanuni oğru” idi.
Anar