Avstraliya Almaniyada E-7 Wedgetail Airborne Early Warning and Control (AWACS) təyyarəsini yerləşdirməyə qərar verib.
HİT.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese bildirib.
"Bu gün mən Almaniyada E-7 Wedgetail erkən xəbərdarlıq təyyarəsini yerləşdirməklə Avstraliyanın Avropa təhlükəsizliyinə doğru növbəti addımını elan edirəm", deyə baş naziri bildirib.
O, təyyarənin və 100-ə yaxın şəxsi heyətin altı ay ərzində Almaniyada yerləşəcəyini vurğulayıb.
Bundan əvvəl Albanese Kanberranın Ukraynaya 110 milyon Avstraliya dolları (təxminən 74 milyon dollar) hərbi yardım paketi təqdim edəcəyini açıqlamışdı.
Yeni paketə 28 M113 zirehli texnikası, 14 xüsusi təyinatlı maşın, 28 MAN 40M orta ölçülü yük maşını və 14 qoşqu, həmçinin 105 mm-lik artilleriya mərmiləri daxil olmaqla 70 maşın daxildir.
Bundan əlavə, Avstraliya Ukraynaya humanitar yardım göstərmək üçün BMT-yə 10 milyon Avstraliya dolları verəcək.
Samir