"NATO Türkiyənin Aİ-yə üzv olmaq istəyini dəstəkləyir, amma..." - Stoltenberq

DÜNYA
18:26 / 10.07.2023
698

NATO Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir, lakin bu niyyət İsveçin Alyansa qoşulmasına mane olmamalıdır. 

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Ankaranın istəklərini dəstəklədiyini, lakin 2022-ci ildə Madriddə Türkiyə ilə NATO arasında imzalanan razılaşmanı, İsveçin Alyansa qoşulması üçün yerinə yetirməli olduğu şərtlərin konkret siyahısını xatırlamaq lazım olduğunu vurğulayıb.

Stoltenberq qeyd edib ki, İsveç bu şərtləri yerinə yetirib. 

"Biz İsveçin mümkün qədər tez NATO üzvü olması üçün intensiv çalışacağıq, bu, Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir", deyə Şimali Atlantika Alyansının baş katibi əlavə edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Şimali Atlantika Alyansının açıq qapı siyasətinə sadiq qalmaqda davam edir. Onun sözlərinə görə, buna baxmayaraq, Ankara hələ də nəhayət, İsveçin bloka daxil olmasını dəstəkləyə bilmir. O, həmçinin əlavə edib ki, krallıq ətrafındakı vəziyyət iyulda Litvada keçiriləcək NATO sammiti çərçivəsində müzakirə olunacaq.

Samir

0