Cümə axşamı, iyulun 13-də Birləşmiş Ştatların Məxfi Xidməti ötən həftə Ağ Evdə aşkar edilmiş kokain faktı ilə bağlı Konqresdə görüş keçirmək niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məxfi Xidmətin məlumatına görə, iyulun 2-də Ağ Evin xidmət işçilərinin istifadə etdiyi ərazilərdən birində ağ maddənin izləri müşahidə edilib və bu hadisə ilə əlaqədar binanın bir hissəsi boşaldılıb. Tezliklə toz ekspertizaya göndərilib və bu da onun kokain olduğunu təsdiqləyib.
Kokainin Amerika prezidentinin iqamətgahına necə daxil olduğu hələlik dəqiq məlum deyil.
ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bildirib ki, Ağ Evdən kimsə bu işə qarışsa, lazımi tədbirlər görüləcək.
Samir