Türkiyə İsveçlə bağlı qərardan sonra Qərbdən tam dəstək aldı - KİV

DÜNYA
09:53 / 11.07.2023
372

Türkiyə hökuməti İsveçin NATO-ya qəbulu prosesini asanlaşdırdıqdan sonra sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması üçün Qərbdən tam dəstək alıb. 

HİT.az xəbər verir ki, bu barədə Haberler.com portalı Türkiyənin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Türkiyənin yüksək rütbəli rəsmisi bildirib ki, Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyə sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla, Aİ-yə üzvlük prosesinə tam dəstək istəyib.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsini “mümkün qədər tez” ratifikasiya etmək üçün Türkiyə parlamentinə sənədlər göndərməyə razı olduğunu bildirib. Eyni zamanda, Stoltenberq konkret tarixlər qeyd etməyib.

Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.

Samir

0