Kanadanın MakMaster Universiteti və Hindistanın Dehli Universitetinin alimləri Hindistanda sahibsiz itlərdə dərmana davamlı "Candida auris" göbələyi aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə MakMaster Universitetinin Biologiya departamentinin professoru Cianpinq Sunun məqaləsində deyilir.
“Dünyanın hər yerində yaşayan sahibsiz itlər göbələkləri digər heyvanlara və insanlara ötürmək üçün daşıyıcı kimi çıxış edə bilərlər", deyə məqalədə qeyd edilir.
"Journal of Fungi" jurnalında dərc olunan araşdırma üçün tədqiqatçılar Dehlidəki sığınacaqda saxlanılan 87 itin dəri nümunələrini və qulaq çubuqlarını sınaqdan keçiriblər. 52 sahibsiz itdə xroniki dəri xəstəlikləri, qalan 35 itdə isə kiçik mədə-bağırsaq və sidik yollarının infeksiyaları aşkarlanıb. DNT analizi itlərdə tapılan bəzi göbələk ştammları ilə insanlarda tapılan suşlar arasında genomik oxşarlıqlar aşkar edib.
"Bu göbələyin endemik olduğu bölgələrdə itləri, digər ev heyvanlarını və vəhşi təbiəti izləyərkən diqqətli olmalıyıq". deyə Su bildirib.
Göbələk həmçinin saxlanılan almaların, bataqlıqların, həddindən artıq yüksək duzlu mühitlərin və çirkab suların səthində aşkar edilib ki, bu da onun sərt mühitlərdə yaşaya biləcəyini göstərir.
"Candida auris" göbələyi ilk dəfə 2009-cu ildə Yaponiyada müəyyən edilib, davamlı və ağır infeksiyalara, geniş yayılmış xəstəliyin yayılmasına səbəb ola bilər. Çünki göbələk əleyhinə dərmanlar çox vaxt ona qarşı təsir göstərmir və bəzi hesablamalara görə yoluxmuşların 1/3-dən çoxu ölür. Ümumdünya Səhiyyə Təşkilatı onu dünyada dörd "kritik prioritet" göbələk patogenindən biri elan edib.
Samir