"Politico": Bayden əvvəl Ərdoğan, sonra Zelenski ilə görüşəcək

DÜNYA
10:34 / 11.07.2023
395

ABŞ prezidenti Co Bayden NATO liderlərinin sammitinə ev sahibliyi edən Litvada Ukrayna prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcək. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, bu gün, iyulun 11-də Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Bu gün NATO-nun iki günlük sammiti başlayır. 2022-ci il sentyabrın 30-da Zelenski sürətli şəkildə Ukraynanın Alyansa daxil olması üçün müraciət edib. Bu məsələnin sammitdə əsas mövzu olacağı gözlənilir. 

İyulun 10-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, NATO Ukraynanı sadələşdirilmiş prosedur əsasında qəbul etməyə razılaşıb. "Bild" qəzeti yazıb ki, ABŞ və Almaniya Ukraynanın alyansa qəbul edilməsinə qarşıdırlar.

Samir

0