Türkiyəli məşhur aktrisa Müjdə Ar Cümhuriyyət Xalq Partiyasını (CHP) sərt tənqid edib.
HİT.az xəbər verir ki, onun tənqidlərinin hədəfində partiya sədri Kamal Kılıçdaroğlu olub.
Müjdə Ar "Radio Sputnik"də qonaq olarkən bildirib ki, CHP-də tək adam rejimi var:
"Hazırda insanlar CHP-dən ümidlərini kəsiblər. Bunu sadəcə bir seçkinin nəticəsi ilə izah etmək də səhv olar. Çünki ortada 13 seçkidə məğlub olmuş bir partiya sədri var. Buna isə heç bir səs çıxarmayan bir CHP var. Çünki CHP demokratiya istədiyi deyir, amma partiya daxilində demokratiya yoxdur. CHP-də tək adam rejimi var və hər şeyi o təyin edir".
Pərviz