“Qanuni oğru” 9 il azadlıqdan məhrum edildi

DÜNYA
16:38 / 11.07.2023
472

Qazax əsilli kriminal avtoritet Aytkali Maymuşev 9 il azadlıqdan məhrum edilib.

Hit.az xəbər verir ki, o, kriminal iyerarxiyada yüksək statusa malik olmaq və narkotik vasitənin qanunsuz saxlanması maddələri ilə təqsirli bilinib.

Kriminal avtoritet ötən ilin yanvarında “İzmayılovo” otelinin barında saxlanılıb. Onun üzərində narkotik vasitə olan metadon aşkar edilib. 

Maymuşev ömrünün 20 ilini həbsxanada keçirib. 1957-ci ildə anadan olan kriminal avtoritet artıq 15 yaşında xuliqanlıq əməlinə görə uşaqlar üçün nəzərdə tutulan tərbiyə müəssisəsinə göndərilib. 90-ların əvvəllərində o, artıq bir neçə dəfə cəza çəkib və “qanuni oğru” tituluna malik olub. 

Anar

0