"D vitamini çatışmazlığı ürək-damar sağlamlığına mənfi təsir göstərir".
HİT.az xəbər verir ki, bu sözləri Kent Xəstəxanasının Ürək Damar Cərrahiyyəsi Mütəxəssisi Dr.Cüneyt Narin deyib.
O bildirib ki, D vitamini çatışmayanda ürək-damar xəstəliklərində artım baş verir:
"Bunun qarşsını almaq üçün hər gün D vitamini qəbul etməlisiniz. Həmçinin, gündəlik 15 dəqiqə günəş şüaları qəbul etməyiniz də tövsiyə olunur".
Mütəxəssis əlavə edib ki, ürək xəstəliyi olanların ət və yumurta yeməsinin tamamilə qadağan olması barədə məlumat səhvdir:
"Çünki ət və yumurtanı yeməyi qadağan etmək onları yağlı yeməklər yeməyə sövq edir. Bu xəstələr həftədə 2-3 yumurta və 1-2 porsiya ət yeyə bilərlər. Dolayısı ilə ürək xəstəliyi olanlara yumurta və ət yemək qadağan deyil. Bununla yanaşı, ürəyində xəstəlik olan insanların idman edə bilməyəcəyi ilə bağlı düşüncə də səhvdir. Əksinə, infraktdan sonra həkimlərin ilk məsləhətlərindən biri xəstənin gündəlik olaraq qısamüddətli idman hərəkətləri etməsidir".
Pərviz