Ağ Ev: "Ukraynaya kaset sursatlarının tədarükü Qərbin birliyinə təhlükə yaratmır"

DÜNYA
20:06 / 11.07.2023
407

Vaşinqtonun müttəfiqləri ABŞ-ın Ukraynaya kaset bombaları tədarükü ilə bağlı qərarına qarşı çıxmayıb. 

HİT.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Eyni zamanda o qeyd edib ki, konvensiyanı imzalayan ABŞ-ın bir çox müttəfiqləri belə silahların tədarükünü dəstəkləyə bilməyəcək vəziyyətdədirlər.

Bomba kassalarında yüzlərlə fərdi sursat ola bilər. Kaset havada partladıldığı zaman onlar böyük bir əraziyə səpələnirlər. Onların bəziləri partlamır və uzun müddət torpaqda qalaraq təhlükə yaradır. 2008-ci ildə kasset silahlarının qadağan edilməsi haqqında Konvensiya qəbul edilib. 111 ölkə ona qoşulub. Konvensiya Rusiya Federasiyası, Ukrayna, ABŞ və Çin tərəfindən imzalanmayıb. Konvensiyanı imzalayan ölkələrin sayı, xüsusən də Finlandiya istisna olmaqla, Avropa İttifaqının bütün üzvlərini, həmçinin Böyük Britaniya, Kanada, Yaponiya və Avstraliyanı əhatə edir.

İyulun 7-də ABŞ Ukraynaya kaset sursatları tədarük etmək qərarını açıqlayıb. Ağ Ev bunu "ABŞ artilleriya mərmilərinin istehsalını artırdığı bir vaxtda müvəqqəti seçim" adlandırıb. ABŞ prezidenti Co Bayden qərarın onun üçün çətin olduğunu bildirib. Kaset sursatlarının tədarükü ilə bağlı qərar Avropa İttifaqı tərəfindən dəstəklənib. Almaniya kansleri Olaf Şolts tədarükləri ABŞ-ın suveren qərarı adlandırıb, lakin Almaniyanın bu cür sursatların ötürülməsi ehtimalını istisna edib.

Samir

0