2030-cu ilə qədər dünyada 575 milyon insanın həddindən artıq yoxsulluqla mübarizə aparacağı, 84 milyon uşağın isə məktəbə gedə bilməyəcəyi proqnozlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi hesabatda deyilir.
Hesabatda 2030-cu il İnkişaf Məqsədlərinin həyata keçirilməsində riskə, o cümlədən “sıfır aclıq”a diqqət çəkilərək, qarşıya qoyulan 140 hədəfin yalnız 15 faizinin reallaşa bildiyi qeyd edilib.
Hesabatda 2030-cu ilə qədər dünyada 575 milyon insanın ifrat yoxsulluqla mübarizə aparacağı, 84 milyon uşağın məktəbə gedə bilməyəcəyi vurğulanıb.
BMT-nin baş katibi Antonio Quterreş hesabatın ön sözündə "Əgər indi hərəkətə keçməsək, 2030-cu il gündəmimiz bütün dünya üçün məzar daşı olaraq qalacaq. Bu prosesdə irəliləyiş əldə edilməməsi bərabərsizliklərin dərinləşməsi və parçalanmış dünya riskinin artması anlamına gələ bilər", deyib.
BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua hesabatın açıqlandığı mətbuat konfransında Ukraynadakı müharibə, iqlim dəyişikliyi, COVID-19 pandemiyasının qalıcı təsirləri və dağıdıcı təsirlər kimi bütün faktorları qeyd edib. Bu pandemiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı və coğrafi gərginlikləri 2030-cu ilə qədər aradan qaldırılacaq. O, bunun İnkişaf Məqsədlərinə çatmaqda əldə edilən irəliləyişləri təhdid etdiyini vurğulayıb.
Samir