Pekin NATO-nun “nüvə ittifaqı” olması ilə bağlı bəyanatlarından narahatdır və bu, regional gərginliyi daha da artıracaq.
HİT.az xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqındakı diplomatik missiyasından bildirilib.
Diplomatik missiya vurğulayıb ki, NATO-nun “nüvə ittifaqı” olması ilə bağlı təkrar bəyanatlar regional gərginliyi daha da gücləndirəcək. Bəyanatda deyilir ki, Pekin bununla bağlı dərin narahatlığını ifadə edir.
Çin Şimali Atlantika Alyansını zamanın tendensiyalarını izləməyə, eləcə də beynəlxalq ictimaiyyətin sülh üçün ədalətli çağırışına qulaq asmağa çağırıb.
Samir