Türkiyə hakimiyyəti rəsmi Moskva ilə “şəffaf danışıqları” dəstəkləyəcək.
HİT.az xəbər verir ki, bunu “Hürriyet” qəzeti yazıb.
“Türkiyənin Rusiyadan üz döndərib, tamamilə Qərbə üz tutması ilə bağlı fikirlər doğru deyil”, deyə hökumət dairələrindəki mənbə qəzetə bildirib.
O qeyd edib ki, Türkiyə beynəlxalq və regional güc kimi tarazlıq siyasətini davam etdirəcək. Ölkə rəhbərliyi Qərb və Avropa ilə münasibətləri inkişaf etdirməyi, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə “şəffaf danışıqları” davam etdirməyi qarşısına məqsəd qoyub.
İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin Türkiyəyə səfərinin gözlənildiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya liderinin səfəri baş tutsa, o zaman iki ölkə başçıları taxıl dəhlizi və Ukrayna münaqişəsi mövzularını müzakirə edəcəklər. Ərdoğan əlavə edib ki, o, Putinin Türkiyənin vasitəçilik səyləri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir.
Türkiyə lideri iyulun 7-də Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib və "Azov" komandirlərini təhvil verib. Bu Rusiyanın narazılığına səbəb olub.
Samir