Şimali Koreyanın raketləri ABŞ-ın istənilən nöqtəsinə çata bilər

DÜNYA
12:48 / 12.07.2023
452

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreya tərəfindən buraxılan qitələrarası raketin ABŞ-ın istənilən nöqtəsinə çata biləcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK dövlət yayım korporasiyası məlumat yayıb.

“Döyüş başlığının ağırlığından asılı olaraq, raket 15 000 km-dən çox məsafəni qət edə bilər, bu o deməkdir ki, o, ABŞ-ın istənilən yerinə çata bilər”, deyə agentlik bildirib.

Qeyd olunur ki, iyulun 12-də buraxılan raketin uçuş məsafəsi 1000 km olub. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü il aprelin 13-dən Şimali Koreya artıq qitələrarası sayıla bilən, yəni uçuş məsafəsi 5,5 min km-dən çox olan 14 raket buraxıb.

“Təxmin edilir ki, şərqə yüksək bucaq altında buraxıldıqdan sonra raket təxminən 1000 km uçub, istiqamətini şimala dəyişib və Yaponiyanın EEZ (eksklüziv iqtisadi zona) hüdudlarından kənara düşüb”, deyə Yaponiya Müdafiə Nazirliyi bildirir.

Samir

0