ABŞ-ın döyüş sualtı qayıqlarının 37%-i sıradan çıxıb

DÜNYA
15:12 / 12.07.2023
442

ABŞ Konqresinin Tədqiqat Xidmətinin statistikasına görə, 2023-cü ildə gəmiqayırma zavodlarında gecikmələr səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş sualtı qayıqlarının 37%-i sıradan çıxıb. 

HİT.az xəvər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin istədiyindən təxminən iki dəfə çoxdur. 49 gəmidən 18-i istifadəyə yararsızdır.

"Bloomberg" qeyd edir ki, bu vəziyyət ABŞ-ı Çinin sayca üstün donanması ilə müqayisədə əlverişsiz vəziyyətə salır.

Konqresin Tədqiqat Xidmətinin Dəniz Analitiki Ronald O'Rourke qeyd edib ki, texniki xidmət gecikmələri xidmətdə olan nüvə sualtı qayıqlarının sayını ciddi şəkildə azaldıb, qüvvələrin gündəlik tapşırıqları yerinə yetirmək qabiliyyəti zəifləyib və xidmətdə olan sualtı qayıqlara potensial olaraq artan əməliyyat təzyiqi yaradıb. 

Samir

0