CHP-də şok qadağa: Partiyanı tənqid etmək olmaz

DÜNYA
16:49 / 12.07.2023
690

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daha bir şok addım atılıb.

HİT.az xəbər verir ki, partiya sədri Kamal Kılıçdaroğlu deputatlara partiyanı tənqid etməyi qadağan edib.

Artıq bununla bağlı rəsmi qərar da paylaşılıb. CHP üzvlərinə partiyanı mediada tənqid edən açıqlamalar verməmələri tapşırılıb. Bildirilib ki, problemlərin həll yeri media deyil. Həmçinin, CHP-li deputatlardan müsahibə verməzdən öncə partiyaya məlumat vermələri də tələb olunub. Onlar, qonaq olacaqları telekanallar və proqramlar barədə də partiyaya məlumat verməli olacaqlar.

Pərviz

0