İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, ölkə hakimiyyəti NATO-nun şərq cinahına əlavə 950 hərbçi yerləşdirmək niyyətindədir.
HİT.az xəbər verir ki, o, bunu NATO sammitinin yekununda deyib.
Sançesin sözlərinə görə, İspaniya Rumıniyadakı döyüş qrupunda iştirakını 250 əsgərlə artıracaq. Bundan əlavə, Madrid Slovakiyada döyüş qrupuna rəhbərlik etməyi planlaşdırır. Burada İspaniya ilk dəfə olaraq ölkənin qərargahında öz qüvvələrini yerləşdirəcək. O, aydınlaşdırıb ki, söhbət 700 ispan hərbçisindən gedir.
Bundan əvvəl Sançes bildirmişdi ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə namizədliyini dəstəkləmək İspaniyanın Aİ-yə sədrliyinin prioritetlərindən biri olacaq.
Samir