"Ukrayna ilə bağlı danışıqlar yalnız bu halda başlaya bilər" - Yens Stoltenberq

DÜNYA
19:27 / 12.07.2023
362

Ukrayna ilə bağlı danışıqlar yalnız Kiyevin müvafiq qərar qəbul edəcəyi təqdirdə başlaya bilər. 

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Ukraynadakı münaqişənin həlli üçün danışıqlar yalnız Ukrayna bu danışıqlara hazır olduqda baş tutacaq. Həm də təkrar-təkrar deyirik: Ukraynasız Ukrayna haqqında heç nə olmayacaq".

Bundan əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün şərtlər yetişməlidir, lakin onlar olacaq. Onun sözlərinə görə, istənilən halda danışıqlar olacaq, çünki istənilən münaqişə danışıqlar masası arxasında bitməlidir, lakin bunun üçün müəyyən şərtlər yaranmalıdır.

Həmçinin Federasiya Şurasının spikeri Valentina Matvienko Çinə səfəri zamanı jurnalistlərə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanması üçün heç bir ilkin şərt yoxdur.

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, sülh danışıqları Rusiyanın ölkə ərazisini tamamilə tərk etdikdən sonra başlayacaq.

Samir

0