BMT-nin məlumatına görə, 2022-ci ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 2021-ci illə müqayisədə bir qədər azalıb.
HİT.az xəbər verir ki, 2021-ci ildə təşkilat 674,6-796,9 milyon insanın aclıqdan əziyyət çəkdiyini hesab edirdisə, 2022-ci ildə ilkin hesablamalara görə, onların 690,6-783,1 milyondur.
Beləliklə, orta hesabla aclıqdan əziyyət çəkən insanların sayı 738,9 milyon nəfərdən 735,1 milyon nəfərə qədər azalıb.
Eyni zamanda, BMT qeyd edir ki, artım tempinin ləngiməsinə və hətta aclıqdan əziyyət çəkən insanların sayının bir qədər azalmasına baxmayaraq, onların sayı hələ də 2019-cu illə müqayisədə xeyli çox - 122 milyon nəfər olaraq qalır.
Bəzi regionlarda isə bu rəqəm hətta artıb. Məsələn, Afrikada 2021-ci illə müqayisədə 11 milyon çox ac insan var.
Hesabatda qeyd olunur ki, hazırkı tendensiya davam edərsə, dünya hökumətləri 2030-cu ilə qədər aclığa son qoymaq məqsədinə çata bilməyəcəklər.
Samir