"Vaqner" lideri Yevgeni Priqojinin hərbi çevrilişə cəhdi maliyyə dairələrinin Rusiyada hakimiyyətin zirvəsini və ola bilsin ki, Vladimir Putinin özünü dəyişməyə hazırlanmasının mərhələlərindən biridir".
HİT.az xəvər verir ki, bunu “Kanal 24”də hərbi ekspert Roman Svitan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun üsyanı Rusiya ordusunun 14 generalının dəstəkləməsi barədə bəyanatını şərh edərkən deyib.
"Rusiyanı idarə edən real maliyyə dairələri, onlar çox güman ki, indi yaranan situasiyada necə davranmaq barədə qərar qəbul edirlər. Ancaq hələlik cəbhədə ciddi hərəkətlər yoxdur, onlar fasilə veriblər”, deyə ekspert bildirib.
Svitanın fikrincə, cəbhələrdə ciddi irəliləyişlər olanda bu proseslər yenidən başlaya bilər:
"Rəhbərliyin dəyişdirilməsi mexanizmi olacaq. Priqojin fəaliyyətlərinin ikinci və ya üçüncü seriyasını hələ də görə bilərik. Baxmayaraq ki, Priqojin sadəcə olaraq Rusiyaya həqiqətən rəhbərlik edən maliyyə dairələrinin iradəsinin icraçısıdır".
Samir