Fiziki fəaliyyət stressdən sonra artan qan təzyiqini aşağı sala bilir

DÜNYA
10:50 / 12.07.2023
535

Uberlandia Federal Universitetinin alimləri müəyyən ediblər ki, fiziki fəaliyyət stressdən sonra artan qan təzyiqini aşağı sala bilir. 

HİT.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticlərəi "Scientific Reports" jurnalında dərc olunub.

Müəlliflər 5058 tədqiqatın məlumatlarını nəzərdən keçirərək, hərtərəfli təhlil üçün 23 ən uyğun və yüksək keyfiyyətli olanı seçiblər. Tədqiqatda ümumilikdə 1121 nəfər iştirak edib.

İştirakçılar iki aydan bir ilə qədər həftədə üç-dörd dəfə məşq ediblər. Təlimlər orta və yüksək intensivlikdə olub və məşqin orta müddəti təxminə 50 dəqiqə çəkib. Bu işlərdə ən çox istifadə edilən stress mənbəyi hesab problemi olub.

21 tədqiqatda iştirakçılar aerobik məşq (ürək dərəcəsini artırmaq), beşində ağırlıq məşqləri, ikisində isə yoqa ilə məşğul olublar.

Tədqiqatların 64%-də tədqiqatçıların stress səbəbiylə yüksələn qan təzyiqinin azaldığını (sistolik, diastolik və ya hər ikisi) müşahidə ediblər.

Bu araşdırma idmanın yüksək qan təzyiqi ilə mübarizədə vacib bir yol olduğunu ifadə edə bilər. Əvvəlki tədqiqatlar göstərdi ki, hipertoniya insult, infarkt və xroniki ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Samir

0