Ufuk Özkan orqan transplantasiyası üçün MÜRACİƏT ETDİ

DÜNYA
12:05 / 13.07.2023
514

Türkiyəli məşhur aktyor Ufuk Özkan pərəstişkarlarını məyus edib.

HİT.az xəbər verir ki, 48 yaşlı aktyor qaraciyər çatışmazlığından əziyyət çəkir.

O, artıq qaraciyər transplantasiyası üçün rəsmi şəkildə müraciət edib. Aktyor özü də açıqlama verərək bu addımı atdığını açıqlayıb. 

Ufuk Özkan canlandıracağı yeni rol üçün 17 kilo vermişdi. Lakin aktyorun səhv pəhriz saxladığı üçün immun sisteminin çökdüyünü açıqlanıb.

Qeyd edək ki, Ufuk Özkan "Geniş Aile", "Zengin Kız Fakir Oğlan" və "Kalk Gidelim" kimi yüksək reytinqli seriallarda baş rol oynayıb.

Pərviz

0