Gürcü deputat NATO-ya görə hökuməti günahlandırdı

DÜNYA
14:14 / 13.07.2023
401

"İyulun 11-dən 12-dək Vilnüsdə keçirilən Şimali Atlantika Alyansının sammiti Ukraynaya dəstəyi və Gürcüstanla bağlı heç bir qərarın olmadığını nümayiş etdirdi".

HİT.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, müxalif gürcü deputat Paata Mancqaladze bildirib. 

Onun sözlərinə görə, belə vəziyyətin yaranmasında Qərb yox, respublikanın hakimiyyət orqanları günahkardır: 

“Ukraynaya nə qədər güclü dəstəyin göstərildiyini gördük, bu təbiidir, amma pis odur ki, Gürcüstan bu prosesdən faktiki olaraq heç nə almadı. Gürcüstanın gələcəyi NATO və Avropaya məxsusdur, amma təəssüf ki, bununla bağlı tarixi imkanlarımız olsa da, buna əhəmiyyət verməyən bir hökumət var. Bu tarixi yol ayrıcında və bu tarixi şans kontekstində strateji tərəfdaşımız olan ABŞ prezidentinin Belarusla birlikdə demokratiya və insan haqlarının qorunması problemlərinin mövcud olduğu Gürcüstanı xatırlatması düşündürücüdür”, deyə Mancqaladze bildirib.

O, həmçinin əlavə edib ki, son vaxtlar Gürcüstan rəhbərliyinin nümayəndələri Rusiyayönlü mövqe tutub, Ukraynada münaqişənin NATO-nun hərəkətləri ucbatından yarandığını bildiriblər. Mancaqaladze vurğulayıb ki, bu fonda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Alyansın sammitində arzuolunmaz qonaq olub.

Samir

0