"İsveçin bütün ərazisi Alyans üçün maraqlıdır".
HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İsveçin SVT telekanalına müsahibəsində bildirib.
"İsveç güclü, peşəkar, yaxşı təlim keçmiş müdafiəyə və Baltik dənizində mühüm mövqeyə malikdir... Norveç və Finlandiya ilə sərhədlər quru qoşunlarının daha yaxşı koordinasiyasını təmin edir. Sonra bizim Baltik dənizində İsveç dəniz qüvvələrimiz var. Bütün İsveç maraq doğurur", deyə Stoltenberq bildirib.
İyulun 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin başlaması ərəfəsində bildirib ki, İsveçin Alyansa daxil olması Türkiyənin Aİ-yə qəbulundan sonra mümkün olacaq. Həmin gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb və Stokholm Ankaraya onun Avropa Birliyinə gedən yolunda kömək edəcəyinə söz verib.
Samir