ABŞ tərəfindən Rusiyanın "Vaqner" hərbi özəl şirkəti barədə daha bir açıqlama verilib.
HİT.az xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) "Vaqner"in Ukraynadakı müharibəyə davam etmək üçün gücünün olmadığı bildirib.
Sözügedən qruplaşmanın əməliyyatlara davam etmək üçün kifayət qədər silah-sursatlarının qalmadığı vurğulanıb.
Xatırladaq ki, Yevgeni Priqojinin Rusiyadakı uğursuz üsyanından sonra "Vaqner" qüvvələri Ukraynadan çıxarılaraq, Belarusa göndərilib. Həmçinin, "Vaqner" Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan imtina edib.
Pərviz