Amerikalılar ölkədə demokratiyanın vəziyyətindən narazıdır

DÜNYA
13:53 / 14.07.2023
453

ABŞ vətəndaşlarının əksəriyyəti ölkədə demokratiyanın onun sakinlərinin maraqlarını əks etdirdiyinə inanmır.

HİT.az xəbər verir ki, bu barədə "Associated Press" yazır. 

Agentliyin NORC ilə birgə aparılmış sorğusuna əsasən, respondentlərin yalnız 10%-i əmindir ki, Amerika demokratiyası öz funksiyasını çox yaxşı yerinə yetirir.

Rəyi soruşulanların 49%-i ABŞ-da demokratiyanın vəziyyəti ilə bağlı əks fikirdədir, amerikalıların daha 40%-i onun öz funksiyasını qismən yerinə yetirdiyinə inanır. 

Sorğunun nəticələrinə görə, amerikalıların 60%-dən çoxu ABŞ-da qanunların tətbiqində problemlər görür və ölkə siyasətində iqtisadiyyat, immiqrasiya, büdcə xərcləri və ya abort kimi əsas məsələlərdə vətəndaşların fikirləri əks olunmur. Respondentlərin 50%-dən çoxu isə hakimiyyətin ətraf mühitin və səhiyyə sektorunun mühafizəsi ilə bağlı fəaliyyətindən razı deyil.

Samir

0