Avstriya paytaxtında gizli fəaliyyətdə kəskin artım müşahidə olunub.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Nəşrin yazdığına görə, Ukraynada münaqişənin davam etməsi fonunda Vyana Avropanın əsl casus paytaxtına çevrilir.
“Vyanada casusluğun artması müttəfiqlərin qınağına səbəb oldu və ölkənin təhlükəsizliyini daha çox düşünən Avropa qonşuları arasında mövqeyini sarsıtdı. Ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyi, OPEC və müxtəlif BMT agentlikləri də daxil olmaqla bir neçə böyük beynəlxalq təşkilat var, lakin əməliyyatların hədəfi Avstriya hökuməti olmadığı müddətcə ənənəvi olaraq öz ərazisində gizli kəşfiyyat fəaliyyətlərinə göz yumur", deyə məlumatda deyilir.
FT-nin qeyd etdiyi kimi, keçən il Avropa Birliyində Avstriyadakı “Rusiya agentləri” haqqında müzakçirələr olub. İndi isə ölkədə çoxlu sayda Çin, İran, İsrail və Səudiyyə casuslarından danışılır. Nəşr əlavə edir ki, onlar Amerika, Britaniya və Avropa rəsmiləri onların hamısını izləyir.
"Eyni zamanda, Avstriya hakimiyyəti müxalifətin tələbi ilə vəziyyətə hansısa şəkildə təsir göstərməyə və ya casusluğu cinayət hesab etməyə tələsmir", deyə FT vurğulayır.
Nəşrin mənbələri belə qənaətə gəlirlər ki, Vyana Avropa İttifaqı daxilində çaşqınlığın artmasına baxmayaraq, vəziyyətin tədricən həllinə ümid edir.
Samir