Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) forumunda qoşunların Ukraynadan çıxarılmasına dair çağırışına aqressiv reaksiya verib.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Borrelin sözlərinə görə, Lavrov Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbini “aqressiv” şəkildə rədd edib.
“Lavrov cavab verdi... Öz nöqteyi-nəzərini çox aqressiv şəkildə izah etdi və dedi ki, bütün bunlar “Qərb sui-qəsdidir", deyə Borrell bildirib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, o, Lavrova Aİ-nin Ukraynanı dəstəkləməsinin səbəblərini izah edib, həmçinin qonşu ölkədən qoşunların çıxarılmasına çağırıb və bunu münaqişəni dayandırmağın yeganə yolu adlandırıb.
Samir