Çin gözləyir ki, taxılın Qara dəniz vasitəsilə daşınmasına dair saziş fəaliyyətini davam etdirəcək.
HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
Bu gün, iyulun 17-də müqavilənin müddəti başa çatır.
"Çin ümid edir ki, taxıl daşınması təşəbbüsü tam şəkildə həyata keçirilməyə davam edəcək. Pekin dünyanın ərzaq təhlükəsizliyini təmin etmək üçün razılaşmalar əldə etməklə bağlı bütün tərəflərlə daha yaxından işləməyə hazırdır", deyə XİN rəsmisi bildirin.
Rusiya prezidenti Vladimir Putin iyulun 13-də bildirib ki, Rusiya taxıl müqaviləsində nəzərdə tutulan şərtlər yerinə yetirilməsə, iştirakını dayandıra bilər. “Beş sistemli problem” arasında Rusiya tərəfi “Rosselxozbank”ın SWIFT-ə qoşulmasını, həmçinin Togliatti-Odessa ammonyak boru kəmərinin bərpasını adlandırıb. ABŞ taxıl sazişindən imtinanın Rusiyanı ciddi diplomatik xərclərlə hədələdiyini bildirib.
Samir