Türkiyə aviaşirkətinə məxsus təyyarədə bomba təhlükəsi: Buxarestdə təcili eniş etdi

DÜNYA
22:38 / 17.07.2023
568

Sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən bazar ertəsi Buxarest ətrafında yerləşən Henri Coanda Beynəlxalq Hava Limanında təcili eniş edib.

HİT.az  oxu.az-a istinadən xəbər verir ki, minaaxtaranlar qrupu müvafiq prosedurlara əməl edərək sərnişinləri təyyarədən çıxarıb. Onlar yoxlanılaraq təhlükəsiz yerə aparılıblar.

Bildirilir ki, söhbət İstanbul - Düsseldorf marşrutu ilə uçan Türkiyənin "Pegasus Airlines” aviaşirkətinin "Airbus A321” təyyarəsindən gedir.

0