Belarusa keçən "Vaqner"in 700-ə qədər muzdlusu iki funksiyanı yerinə yetirəcək - əsgərlərə təlim keçmək və NATO-nu "narahat etmək".
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
“Hələlik bir neçə konvoyun gəlib-getməsi ilə bağlı xəbərlərə baxmayaraq, söhbət yüzlərlə insandan - 500-700 silahlıdan gedir”, deyə Yusov bildirib.
Bu 500-700 nəfərdən bəziləri doğrudan da təlimatçı olacaq. "Vaqner" üzvləri Belarus ordusuna təlim keçəcək, daha sonra isə, bəlkə də, səfərbər edilmiş rusların yeni hissələrini hazırlayacaq:
"Və bir hissəsi açıq şəkildə və bilərəkdən, xüsusən də Polşanı, Alyansın digər üzv dövlətlərini və Avropa İttifaqını əsəbiləşdirməyə cəlb olunacaq".
O vurğulayıb ki, bu muzdlular Aİ və NATO ölkələri üçün heç bir təhlükə yaratmır, xüsusən də Belarusa silahsız daxil olduqları üçün, həmçinin tərksilah vəziyyətdə daha çox Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini tərk edirlər.
Yusov əlavə edib ki, Ukrayna vəziyyəti izləyir, lakin hazırda "Vaqnerçilər"in Belarusa gəlişi təhlükəsizlik vəziyyətini heç bir şəkildə dəyişmir.
Samir