Avstraliyanın Viktoriya ştatı yüksək xərcləri əsas gətirərək 2026-cı il Birlik Oyunlarına ev sahibliyi etməkdən imtina edib.
HİT.az xəbər verir ki, bu barədə “Star” portalı yazır.
Millətlər Birliyi Böyük Britaniyanı və onun demək olar ki, bütün keçmiş dominionlarını, koloniyalarını və protektoratlarını özündə birləşdirən 56 ölkənin birliyidir. 20 idman növünü özündə birləşdirən Birlik Oyunları 2026-cı ildə Viktoriyanın beş regional mərkəzində keçirilməli idi.
Dövlət başçısı Daniel Endryus vurğulayıb ki, Oyunların keçirilməsi üçün lazım olan ilkin elan edilmiş 1,36 milyard dollar indi 4,8 milyard dollara yüksələ bilər.
"Biz Birlik Oyunları rəhbərliyinə müqavilənin ləğvi ilə bağlı qərarımız barədə məlumat verdik", deyə Daniel Endryus mətbuat konfransında bildirib.
Samir