ABŞ Rusiyaya görə Qırğızıstana məhdudiyyətlər qoya bilər

DÜNYA
09:51 / 19.07.2023
540

ABŞ bu həftə Rusiyaya sanksiya tətbiq edilən malların tədarükü ilə əlaqədar Qırğızıstana qarşı iqtisadi tədbirlər tətbiq edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Məqalədə deyilir ki, Rusiya sanksiyalarla bağlı Avropa və Çinlə aktiv ticarət apararkən, bəziləri onunla tarix və maliyyə cəhətdən bağlı olan keçmiş Sovet İttifaqı Mərkəzi Asiya ölkələrindən kömək istəməyə başlayıb.

Bir sıra ABŞ və Avropa diplomatlarının Bişkekə aylarla “səmərəsiz səfərləri”ndən sonra prezident Co Bayden administrasiyası ölkəni Rusiya ilə texnologiya və hərbi mallar üzrə ticarəti dayandırmağa məcbur etmək üçün yeni iqtisadi tədbirlər hazırlayır. Bunu iki ABŞ rəsmisi bildirib. WP yazır ki, Qırğızıstanla bağlı təsir tədbirləri bu həftədən görülə bilər.

Nəşr xatırladıb ki, əvvəllər sanksiyaları pozmaqda ittiham olunan bəzi şirkətlər sanksiyalara məruz qalıb və ya “qara siyahı”ya salınıb.

Samir

0