Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ, komponentlərlə bağlı vəziyyət normallaşana qədər Tolyattidəki zavodda "Lada Vesta"nın istehsalını tamamilə dayandıra bilər.
HİT.az xəbər verir ki, bu barədə “vKontakte” sosial şəbəkəsində “Avtoqrad News” nəşri yazır.
Yenilənmiş "Lada Vesta" modelinin satışına 9 iyun 2023-cü ildə başlanılıb. Başlanğıc konfiqurasiya üçün 5 pilləli mexaniki transmissiya ilə birlikdə 90 və ya 106 at gücündə mühərrik seçimi mövcuddur.
Əsas versiyanın avadanlıq siyahısına tam LED optika, iki təhlükəsizlik yastığı, ABS, düymə ilə mühərrik işə salma, bütün qapılar üçün elektrik şüşələr, elektrik və qızdırılan xarici güzgülər, kondisioner və soyudulmuş əlcək qutusu, tam diskli əyləclər və digər variantlar daxildir.
Samir