Putin Rusiyanın kosmos tədqiqatları ilə bağlı böyük planlarını açıqladı

DÜNYA
18:54 / 19.07.2023
420

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkənin kosmos tədqiqatları ilə bağlı böyük planları var. 

HİT.az xəbər verir ki, o, bu barədə "Rusiya - imkanlar ölkəsi" ANO-nun Müşahidə Şurasının iclasının iştirakçıları ilə görüşü zamanı çıxış edib.

“Həm yaxın kosmos, həm də dərin kosmos üçün böyük planlarımız var. Burada görüləsi işlər var”, deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, kosmik fəaliyyət həm Rusiya Federasiyası, həm də bütün bəşəriyyət üçün vacibdir.

Bundan əvvəl Putin Dövlət Dumasının deputatı, sovet kosmonavtı Valentina Tereşkovanı kosmosa uçuşunun 60 illiyi münasibətilə yeni təsis edilmiş Qaqarin ordeni ilə təltif edib.

Mayın 27-də Putin Rusiyada yeni mükafat - planetin ilk kosmonavtı Yuri Qaqarinin adını daşıyan orden təsis edib. Orden kosmonavtika sahəsində xidmətlərinə görə veriləcək.

Daha əvvəl Putin bildirib ki, Rusiyanın orbital stansiyası ölkənin kosmosdakı forpostuna çevrilməlidir.

Samir

0