Qərb Ukraynanı silahlandırmaq strategiyasını dəyişir, hərbi texnikanın Kiyevə verilməsindən onun təmirinə keçir.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzetinin köşə yazarı Pol Makliri bildirib.
Jurnalistin sözlərinə görə, 17 aylıq döyüşlərdən sonra Ukrayna saxlanmalı olan heyrətamiz və müxtəlif texnika arsenalı toplayıb. Buna görə də Pentaqonun yüksək rütbəli rəsmisinə istinad edən Makliri iddia edir ki, Qərbin Ukrayna hərbi texnika vermək səylərindən Kiyevə verilmiş silahların təmiri və texniki xidmətinə keçib.
Jurnalist qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin çətin əks-hücum əməliyyatı fonunda döyüşlərdə zədələnmiş texnikanın təmiri problemi Kiyev üçün son dərəcə kəskinləşir.
Samir