Dünyanın ən məşhur avtomobil markalarından olan "Toyota" bu il də satışlarını artırmağı bacarıb.
HİT.az xəbər verir ki, bu ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropadakı "Toyota" satışları 2% artıb.
Sözügedən müddət ərzində 573 min 976 satış həyata keçib.
Bununla yanaşı, "Toyota" hibrid və tam elektrik də daxil olmaqla elektrik mühərrikli avtomobillərinin satış nisbəti təxminən 410.000 ədəd olub. Bu isə sözügedən modellərin ümumi satışların 71 faizini keçdiyi deməkdir.
Ən çox satılan "Toyota" modelləri isə "Yaris Cross", "Corolla", "Yaris", "Toyota C-HR", "Aygo X" və "RAV3" olub.
Qeyd edək ki, "Toyota" 3 ildir ki, dünyanın ən çox satılan avtomobil markasıdır.
Pərviz