Macarıstan Ukraynaya əlavə hərbi yardımın əleyhinədir

DÜNYA
11:55 / 20.07.2023
399

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqı Ukraynaya hərbi dəstək üçün daha 20 milyard avro xərcləyəcək. 

HİT.az-ın məlumatına görə, nazir qeyd edib ki, Budapeşt belə addımları dəstəkləmir.

"Brüssel Ukraynaya silah tədarükü üçün daha 20 milyard avro ayırmaq istəyir. Bu təklifin təsdiqlənməsi üçün bu gün Brüsseldə keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında güclü təzyiq olacaq, lakin Macarıstanın mövqeyi aydın olaraq qalır: biz Ukraynaya artıq ayrılmış 10 milyon avro ilə bağlı hesabat gözləyirik”, deyə Siyarto yazıb.

Macarıstan Ukrayna münaqişəsinə görə tətbiq edilən anti-Rusiya sanksiyaları, eləcə də Kiyevə hərbi yardımla bağlı Avropa İttifaqını dəfələrlə tənqid edib. Xüsusilə, Budapeşt koronavirus pandemiyası zamanı yaradılmış Avropa Fondundan Ukrayna tərəfinə hərbi dəstəyə ayrılan vəsaitin ayrılmasını əngəlləyib, artıq xərclənmiş milyonlarla avronun hesabını və vəziyyətin sülh yolu ilə nizamlanmasına keçid tələb edib.

Samir

0