Çinin ən böyük dövlət bankları Asiya ticarətinin başlanğıcında ofşor spot bazarda (dərhal alıcıya köçürməklə) yuan almaq üçün ABŞ dolları satmağa başlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan iki mənbəyə istinadən yazır.
Həmsöhbətlərdən birinin sözlərinə görə, banklar bunu yuanın ucuzlaşmasını dayandırmaq üçün edirlər.
"Cümə axşamı Çinin Mərkəzi Bankı həmçinin transsərhəd maliyyələşdirmə qaydalarının yumşaldıldığını açıqlayıb ki, bu da yerli firmaların xaricdən pul toplamasını asanlaşdıracaq və yuana devalvasiya təzyiqini azaldacaq. Yuan ofşor bazarda möhkəmlənsə də, ilin əvvəlindən bəri Amerika valyutasına qarşı təxminən 4% ucuzlaşıb ki, bu da onu 2023-cü ilin ən pis Asiya valyutalarından birinə çevirib”, deyə agentlik bildirib.
Samir