Quranın yandırılması təkrarlanarsa, İraq İsveçlə münasibətlərini kəsəcək.
HİT.az xəbər verir ki, bu barədə İraq hökumətindən bildirilib.
Qeyd olunur ki, İraq hökuməti diplomatik kanallar vasitəsilə İsveç hökumətinə Quranın yandırılması ilə bağlı insidentin təkrarlanacağı təqdirdə diplomatik əlaqələri kəsmək niyyəti barədə məlumat verib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda Quranın yandırılması hadisəsi ilə əlaqədar İsveç səfirini çağırıb.
Diplomatik missiya İsveç səfirini Quranın yandırılması aktını qəti şəkildə rədd etdiyi barədə məlumatlandıraraq, Stokholmu "tolerantlıq, mötədillik və ekstremizmin rədd edilməsi dəyərlərinin yayılmasına yönəlmiş beynəlxalq səylərə birbaşa zidd" bütün hərəkətləri dayandırmağa çağırıb.
İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib.
Samir