Nyu-York meri miqrantlardan başqa sığınacaq axtarmağı xahiş etdi

DÜNYA
21:06 / 20.07.2023
474

Nyu-York meri Erik Adams çərşənbə günü, iyulun 19-da şəhərdəki miqrantların sayını azaltmağa yönəlmiş tədbirlərin görüldüyünü açıqlayıb.

HİT.az xəbər verir ki, yaxın günlərdə şəhər artıq Nyu-York sığınacaqlarında olan yetkin miqrantlara alternativ mənzil tapmaq üçün 60 gün müddətinin olduğu bildirişlərini verməyə başlayacaq. 

Eyni zamanda, hakimiyyət miqrantlara yeni sığınacaq tapmaqda hərtərəfli köməklik göstərməyə hazırdır. Və əgər onlar hələ də son müddətə qədər yeni ev tapa bilməsə, sığınacaq üçün yenidən müraciət etməli olacaqlar.

Bundan əlavə, səlahiyyətlilər ABŞ-Meksika sərhədində şəhərin artıq Meksikadan gələn miqrantları qəbul edə bilməyəcəyini və eyni zamanda onlar üçün sosial təminatın eyni səviyyədə saxlandığını bildirən vərəqələr paylamağa başlayacaq.

Adams bildirib ki, ötən ilin yazından bəri Nyu York 90 minə yaxın miqrant qəbul edib, onlardan 55 mini hələ də şəhərin himayəsindədir. Hər gün Nyu-Yorka 300-500 sığınacaq axtaran şəxs gəlir. "Bir ildən çoxdur ki, Nyu-York bu böhranı təkbaşına həll edir - əyalət və federal hökumətlərin də addım atmasına ehtiyacımız var", deyə mer bildirib.

Samir

0