İyulun 20-də ABŞ Senatı növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə Ukraynaya hərbi yardım üçün limitin müəyyən edilməsini nəzərdə tutan düzəlişi dəstəkləməyib.
Hit.az xəbər verir ki, səsvermənin nəticələri belə olub: 13 senator düzəlişin lehinə, 71 senator əleyhinə səs verib.
Təşəbbüsü Yuta ştatından olan senator Mayk Li irəli sürüb və hesab edir ki, bütün NATO üzvü olan ölkələr ÜDM-in 2%-i həcmində müdafiə xərcləri səviyyəsinə çatana qədər Pentaqon Ukraynaya yardımı ümumi müdafiə büdcəsinin 2%-dən çox olmamaqla məhdudlaşdırmalıdır.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün 886,3 milyard dollarlıq müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqləyib.
Samir