ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, Çin Tayvanla birləşmək üçün hərbi gücdən istifadə edib-etməmək barədə hələ qərara gəlməyib.
HİT.az xəgər verir ki, MKİ rəhbəri bu barədə Aspen Universitetində keçirilən təhlükəsizlik konfransında məlumat verib.
“Düşünürəm ki, bu gün prezident Si Szinpin və Çin Xalq Azadlıq Ordusu məqbul itkilərlə Tayvanı tammiqyaslı işğal etmək istəsələr, uğur qazana biləcəklərinə şübhə edirlər”, deyə MKİ rəhbəri bildirib.
Ulyam Börnsə görə, ABŞ-da Çin prezidenti Si Szinpinin Çin Xalq Azadlıq Ordusuna 2027-ci ildə Tayvanda əməliyyata hazırlaşmaq göstərişi verməsi ilə bağlı yayılan xəbərlər birmənalı siqnal kimi qəbul edilməməlidir. Onun fikrincə, bu, münaqişənin qaçılmazlığı demək deyil, sadəcə olaraq hadisələrin bu cür inkişafına Çin orudusunu potensial hazırlığı deməkdir.
Samir