ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda Ukraynanın NATO-ya daxil olması ideyasını dəlilik adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.
“Belə bir vaxtda Ukraynanın NATO-ya üzv olması barədə düşünə bilmək ideyası tamamilə ağılsızlıqdır. Bir ölkənin etməli olduğu son şey nüvə silahına malik Rusiya, Çin və ya digər ölkələrlə müharibə riski ilə üzləşməkdir”, deyə siyasətçi bildirib.
Tramp bildirib ki, ABŞ prezidenti Co Bayden yüksək dərəcədə korrupsiyaya uğrayıb, ailəsi Çin və Ukrayna da daxil olmaqla, milyonlarla dollar rüşvət alıb.
Samir