Rusiya Ukraynada nüvə silahından istifadəyə hazırlaşır? - ABŞ-dan cavab

DÜNYA
09:17 / 21.07.2023
410

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukraynada nüvə silahından istifadəyə hazırlaşması barədə əlamətlərini qeydə almır. 

HİT.az xəbər verir ki, bunu MKİ direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

"Nüvə silahının tətbiqi ehtiyatsız və məsuliyyətsizdir" deyə MKİ rəhbəri qeud edib. 

Uilyam Börns bildirib ki, ABŞ hadisələri diqqətlə izləyir: "Bu günə qədər biz nüvə silahının istifadəsinə hazırlığı göstərən heç bir əlamət müşahidə etməmişik".

"Financial Times" (FT) yazır ki, Çin prezidenti Si Szinpin mart ayında şəxsi görüşü zamanı Vladimir Putinə Ukraynadakı hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib. FT-nin Kremlə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Putin taktiki nüvə silahından istifadənin Rusiyaya döyüş meydanında üstünlük verməyəcəyinə qərar verib. Onun mətbuat katibi Dmitri Peskov Pekinin tələbi ilə bağlı məlumatı uydurma adlandırıb.

Samir

0